Məzmuna keç

Ana Səhifə

Azərbaycan vikimediaçıları istifadəçi qrupu saytından
(Ana səhifə səhifəsindən yönləndirilmişdir)

Haqqımızda

"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu (ing. "Azerbaijani Wikimedians User Group") milli səviyyədə təbliğat tədbirlərinin təşkilində və iştirakda maraqlı olan azərbaycanca Vikimedia layihələrinin aktiv istifadəçilərinin yaratdığı qrupdur. Bu istifadəçi qrupunun üzvləri bir neçə ildir ki, müxtəlif inzibati işlərlə yanaşı, universitet tələbələri və Azərbaycanın regionlarındakı gənclər üçün seminarlar və təqdimatlar təşkil edir, həmçinin VikianbaraAzərbaycan dilindəki Vikimedia layihələrinə töhfə verirlər.

Üzvlük

Üzvlük üçün info@wikimedia.az e-poçt ünvanına müraciət edə bilərsiniz.

Üzvlük şərtləri aşağıdakılardır:

  • Ən azı 1 Vikimedia layihəsində fəal iştirakçı olmaq;
  • 1 ildən artıq müddətdə fəaliyyət göstərmək;
  • Layihələrdə ümumi olaraq 1000-dən çox redaktə sahibi olmaq;
  • Vikimedia Fondunun istifadəçi qrupları üçün hazırlamış olduğu siyasətləriqaydaları qəbul etmək.

Fəaliyyətimiz

VikiGənclik düşərgəsi — 27 may — 1 iyun 2025-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşkilatçılığı ilə Qazax şəhərində gənc vikipediyaçılar üçün yay düşərgəsi keçirildi.

Ətraflı

Xəbər və elanlar

2 iyun 2025

  • 27 may — 1 iyun 2025-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşkilatçılığı ilə Qazax şəhərində gənc vikipediyaçılar üçün yay düşərgəsi keçirilib.

5 may 2025

  • Türkiyənin İstanbul şəhərində 2-4 may tarixlərində Wikimedia Hackathon 2025 keçirilib. Görüşdə Azərbaycan vikimediaçılarını 1 iştirakçı təmsil edib.

21 aprel 2025

  • Özbəkistanın Daşkənd şəhərində 19-20 aprel tarixlərində "Mərkəzi Asiya VikiKonu 2025" (Central Asian WikiCon 2025) keçirilib. Görüşdə Azərbaycan vikimediaçıları 3 iştirakçı ilə təmsil olunub.

Layihələr

  • Builki Viki Yeri Sevir fotomüsabiqəsi az-vikidə 1–31 may tarixlərində keçiriləcəkdir.
  • Azərbaycanca Vikipediyada 21 mart – 31 may tarixlərində VikiBahar 2025 beynəlxalq məqalə müsabiqəsi keçirilir.