Ana Səhifə
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu (ing. "Azerbaijani Wikimedians User Group") milli səviyyədə təbliğat tədbirlərinin təşkilində və iştirakda maraqlı olan azərbaycanca Vikimedia layihələrinin aktiv istifadəçilərinin yaratdığı qrupdur. Bu istifadəçi qrupunun üzvləri bir neçə ildir ki, müxtəlif inzibati işlərlə yanaşı, universitet tələbələri və Azərbaycanın regionlarındakı gənclər üçün seminarlar və təqdimatlar təşkil edir, həmçinin Vikianbara və Azərbaycan dilindəki Vikimedia layihələrinə töhfə verirlər.
Üzvlük üçün info@wikimedia.az e-poçt ünvanına müraciət edə bilərsiniz.
Üzvlük şərtləri aşağıdakılardır:
- Ən azı 1 Vikimedia layihəsində fəal iştirakçı olmaq;
- 1 ildən artıq müddətdə fəaliyyət göstərmək;
- Layihələrdə ümumi olaraq 1000-dən çox redaktə sahibi olmaq;
- Vikimedia Fondunun istifadəçi qrupları üçün hazırlamış olduğu siyasətləri və qaydaları qəbul etmək.

Gənclərin Vikipediya düşərgəsi 2023 — 2-6 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşkilatçılığı ilə Lənkəran şəhərində gənc vikipediyaçılar üçün yay düşərgəsi keçirildi.
Xəbər və elanlar
16 avqust 2023
- Sinqapurda "Vikimaniya-2023" beynəlxlaq vikikonfransı keçirilir. Azərbaycan vikimediaçıları 4 nəfərlə konfransda təmsil olunur.
2 avqust 2023
- Lənkəran Olimpiya Kompleksində 6 avqust tarixinədək davam edəcək "Gənclərin Vikipediya düşərgəsi" bu gün başladı.
21 iyul 2023
- Lənkəranda keçiriləcək "Gənclərin Vikipediya düşərgəsi"ndə iştirak etmək üçün qeydiyyat başladı.
25 may 2023
- "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun üzvləri "Wikimedia Hackathon 2023" tədbirində iştirak ediblər.
18 aprel 2023
- "Wikimedia CEE Meeting 2023" tədbirində iştirak üçün seçimlər başlandı.
Layihələr
- Builki Viki Yeri Sevir fotomüsabiqəsi az-vikidə 1–31 may tarixlərində keçiriləcəkdir.
- Azərbaycanca Vikipediyada 21 mart – 31 may tarixlərində Vikibahar 2023 beynəlxalq məqalə müsabiqəsi keçirilir.
Bizimlə əlaqə
Sosial şəbəkələrdə
Vikimedia Fondunun digər layihələri
Vikipediya Azad ensiklopediya
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Vikimaniya İllik vikigörüş
İnkubator Layihə formalaşdırma
Vikitexnika Texniki sənədləşdirmələr