Məzmuna keç

Vikimedia:Haqqımızda

Azərbaycan vikimediaçıları istifadəçi qrupu saytından

"Azərbaycan vikimediaçıları" istifadəçi qrupu — milli səviyyədə təbliğat tədbirlərinin təşkilində və iştirakında maraqlı olan Azərbaycan Vikimedia layihələrinin fəal üzvlərindən ibarət qrupdur. Mövcud istifadəçi qrupunun üzvləri bir neçə ildir ki, aktiv fəaliyyət göstərir, Azərbaycan regionlarında kollec tələbələri və gəncləri üçün seminarlar və təqdimatlar keçirir, digər fəaliyyətlərlə yanaşı, Commons və Azərbaycan Vikimedia layihələrinə töhfə verirlər.

Biz Azərbaycan Vikimedia İstifadəçi Qrupu adından istifadə edirik və gələcəkdə yerli bölməmizi Wikimedia Azerbaijan adlandırmağı planlaşdırırıq. Biz hər iki ad üçün qısaltma kimi WMAZ-dan istifadə edəcəyik.

Məqsədlər

  • Hazırda bizdə olmayan Vikipediya siyasətlərini və təlimatlarını tərcümə etmək və qəbul etmək;
  • Azərbaycan dilində olmayan Vikimedia layihələrini yaratmaq;
  • Azərbaycandilli Vikimedia layihələrindəki məqalələrin sayının və keyfiyyətinin artırılması;
  • Azərbaycan haqqında məzmunu vikianbar-da artırmaq;
  • "Viki Abidələri Sevir" və "Viki Yer kürəsini Sevir" layihələrinin yaxşı planlaşdırılması və təşkili;
  • Vikipediya və digər Vikimedia layihələri haqqında insanlara məlumat vermək həmçinin məktəblərdə, universitetlərdə və sosial şəbəkələrdə yayım işləri;
  • Azərbaycan regionlarında Vikimedia təhsil proqramlarının iştirakı və təşviqi fəaliyyəti;
  • Azərbaycan vikicəmiyyəti ilə VMF və digər ölkələrdəki qruplar və nümayəndəliklərlər arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Vikimedia layihələrinin metodologiyası haqqında məlumatlandırıcı məzmunun hazırlanması;
  • "Vikimedia Azərbaycan" yerli nümayəndəliyinin yaradılması üzrə işlər;
  • İndiki onillikdə "Vikimaniya" konfransını Azərbaycanda keçirmək

Fəaliyyətlər

  • Müzakirələr üçün müntəzəm görüşlər;
  • Seminarlar;
  • Mühazirələr;
  • Hackathons;
  • Editathons;
  • Wiki düşərgələri/piknikləri və s.

Həmçinin bax