Vikimedia:İdarə heyəti seçkiləri
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun idarə heyətinə seçkilər buradakı qaydalar əsasında Vikimedia Fondunun "tək transfer edilə bilən səs" siyasətinə uyğun olaraq aparılır (ətraflı). Mövcud qaydalara əsasən səsvermədə yalnız istifadəçi qrupunun üzvləri iştirak edə bilər. İdarə heyətinə namizəd olan şəxslər seçkilərdə özlərini dəstəkləyə bilməzlər.
Qeyd: Praktiki olaraq videoya baxa bilərsiniz. Hər seçici ən münasib gördüyü namizədi ilk sırada göstərir, münasib görmədiyi namizədi isə son sırada göstərir. Səsvermə prosesi gizli aparılır və istifadəçilərin kimə səs verdiyini yalnız Vikimedia Fondunun nümayəndələri görə bilir. Sonda nəticələr Vikimedia Fondunun nümayəndəsi tərəfindən elan edilir.
- Seçkidə iştirak üçün keçid.
Namizədlər
Sədrin seçilməsi
Qeyd: "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun sədri, istifadəçi qrupunun idarə heyətinin qərarı ilə seçilir.